• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə İlham Əliyev

“Sudan bir silah kimi istifadə edilməsi bizə problemlər yaradırdı”

12 Yanvar, 26 / 16:25
A A
“Sudan bir silah kimi istifadə edilməsi bizə problemlər yaradırdı”

“Bu gün biz azad edilmiş ərazilərdə içməli su və suvarma layihələrini icra edirik. Son beş il ərzində bir neçə önəmli layihə başa çatıb. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib”.

Medialive.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirədəki çıxışı zamanı bildirib.

“Onların arasında, ilk növbədə “Sərsəng” su anbarını qeyd etməliyəm. Bu, nəinki azad edilmiş ərazilərdə, bütövlükdə ölkəmizdə ən böyük su anbarlarından biridir. Vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövləti bizə qarşı su terroru da həyata keçirirdi. “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə edilməsi bizə böyük problemlər yaradırdı. Su lazım olan aylarda kəsilirdi, ondan sonra buraxılırdı və bu, böyük daşqınlara səbəb olurdu. Yəni, əslində, Ermənistan dövləti su terroru həyata keçirirdi. Bu gün isə “Suqovuşan” su anbarı, “Sərsəng” su anbarı tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda – Füzuli rayonunda “Köndələnçay” – üç su anbarı yenidən qurulub, Ağdam rayonunda “Xaçınçay” su anbarı yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş “Zabuxçay” su anbarı bu gün artıq istismardadır. Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının – “Həkəriçay”, “Bərgüşadçay” su anbarlarının tikintisi də nəzərdə tutulur və artıq hazırlıq işləri gedir. Yəqin ki, biz bu il artıq praktik işlərə başlayacağıq”, – ölkə başçısı qeyd edib.

Prezident bildirib ki, su mənbələri hər bir ölkə üçün çox önəmlidir:

“Bizim su mənbələrinin təqribən dörddəbir hissəsi vaxtilə işğal altında olmuş ərazilərdə formalaşır. Bu su mənbələrinin üstünlüyü də odur ki, bunların əksəriyyəti Azərbaycan ərazisində formalaşır. Yəni başqa ölkələrdən asılılıq ərazilərimizin qaytarılması nəticəsində böyük dərəcədə azalıb. Bizim digər əsas su mənbələrimiz xaricdə formalaşır – Kür çayı, Araz çayı, Samur çayı. Əlbəttə ki, bu sahəyə olan diqqət bu həssas məsələni də nəzərə almalıdır”.

Əvvəlki yazı

“Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətə düşür”

Növbəti yazı

Prezidentdən su ilə bağlı şad xəbər

Bənzər Xəbərlər

Almaz Hacıyeva vəfat etdi – FOTOLAR
Sosial

Almaz Hacıyeva vəfat etdi – FOTOLAR

25.May.26 /13:30
Məmməd Məmmədov vəfat etdi – FOTO
Sosial

Məmməd Məmmədov vəfat etdi – FOTO

25.May.26 /13:28
DİN və DSX sərhəddə əməliyyat keçirdi - FOTOLAR
Sosial

DİN və DSX sərhəddə əməliyyat keçirdi - FOTOLAR

25.May.26 /13:27
Polkovnik işdən çıxarıldı
Sosial

Polkovnik işdən çıxarıldı

25.May.26 /13:22
Pensiya alanların nəzərinə
Sosial

Pensiya alanların nəzərinə

25.May.26 /13:00
Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş - Fotolar
Sosial

Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş - Fotolar

25.May.26 /12:59
SOCAR-da yeni təyinat - FOTO
Sosial

SOCAR-da yeni təyinat - FOTO

25.May.26 /12:56
Sabah qısa iş günü olacaq
Sosial

Sabah qısa iş günü olacaq

25.May.26 /12:53
Generalın qızının toyundan görüntülər - VİDEO
Sosial

Generalın qızının toyundan görüntülər - VİDEO

25.May.26 /12:51

XƏBƏR LENTİ

Almaz Hacıyeva vəfat etdi – FOTOLAR

Almaz Hacıyeva vəfat etdi – FOTOLAR

25 May, 26 / 13:30
Məmməd Məmmədov vəfat etdi – FOTO

Məmməd Məmmədov vəfat etdi – FOTO

25 May, 26 / 13:28
DİN və DSX sərhəddə əməliyyat keçirdi - FOTOLAR

DİN və DSX sərhəddə əməliyyat keçirdi - FOTOLAR

25 May, 26 / 13:27
Polkovnik işdən çıxarıldı

Polkovnik işdən çıxarıldı

25 May, 26 / 13:22
Pensiya alanların nəzərinə

Pensiya alanların nəzərinə

25 May, 26 / 13:00
Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş - Fotolar

Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş - Fotolar

25 May, 26 / 12:59
SOCAR-da yeni təyinat - FOTO

SOCAR-da yeni təyinat - FOTO

25 May, 26 / 12:56
Sabah qısa iş günü olacaq

Sabah qısa iş günü olacaq

25 May, 26 / 12:53
Generalın qızının toyundan görüntülər - VİDEO

Generalın qızının toyundan görüntülər - VİDEO

25 May, 26 / 12:51
Bu estetik mərkəzdə qanunsuz əməliyyatlar zamanı xəstə Hepatit C virusuna yoluxub 

Bu estetik mərkəzdə qanunsuz əməliyyatlar zamanı xəstə Hepatit C virusuna yoluxub 

25 May, 26 / 12:48
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:1009271752
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.