• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Manşet

"Təəssüf ki, artıq hər ailədə endokrinoloji xəstəliyi olan şəxs var" - Fərizə Zahirova ilə MÜSAHİBƏ

13 Fevral, 26 / 12:21
A A
"Təəssüf ki, artıq hər ailədə endokrinoloji xəstəliyi olan şəxs var" - Fərizə Zahirova ilə MÜSAHİBƏ

Son dövrlər insanlar arasında yüksək təzyiq, eyni zamanda şəkər xəstəliyi geniş yayılır.

Bu da əlbəttə ki, çox zaman həddindən artıq köklük səbəbindən baş verir. O cümlədən yüksək arterial təzyiq böyrəyin və digər orqanların sıradan çıxmasına gətirib çıxara bilir.

Medialive.az bütün bu vacib problemlərin səbəblərini öyrənmək üçün “Central Hospital”ın endokrinoloqu Fərizə Zahirova ilə həmsöhbət olub.

1. Fərizə xanım, özünüz haqqında oxucularımıza məlumat verərsiniz.

  • Mən 2010-2016-cı illərdə Azərbaycan Tibb Universitetinin I Müalicə profilaktika fakültəsində təhsil almışam. 2018-2022-ci illərdə endokrinologiya ixtisası üzrə rezidentura təhsili almışam. 2019-2020-ci illərdə İstanbul Universiteti, Cərrahpaşa Tibb fakültəsində 1 illik rotasiya keçmişəm. 2023-cü ildən Respublika Klinik xəstəxanasında çalışıram. 2026-cı ildən Central Hospitalda həkim endokrinoloq vəzifəsində fəaliyyətə başlamışam. Bir sıra elmi konfranslarda və seminarlarda iştirak etmişəm.

2. Niyə məhz endokrinologiya sahəsini seçdiniz? Bu sahəyə marağınız necə yarandı?

  • Bu sahə mənə tələbəlik illərində maraqlı gəlməyə başladı. Çünki hormonların bir-biri ilə mürəkkəb və məntiqli əlaqə içində olması, bütün orqanların fəaliyyətində idarəedici rol oynaması endokrinologiyanın dərinliyi və önəmini göstərirdi.

3. Sizcə, Azərbaycanda endokrin xəstəliklər niyə bu qədər intensiv yayılıb?

  • Təkcə Azərbaycanda yox, demək olar ki, bütün dünyada endokrinoloji xəstəliklər sürətlə artmaqda davam edir. Bunun bir çox səbəbləri var. Texnologiyanın inkişafı, sosial və iqdisadi məsələlərin həyat tərzimizi ciddi formada dəyişməsi, stressli həyat, yuxu rejiminin pozulması, ağır iş yükü, ətraf mühitin çirklənməsi, qidaların keyfiyyətinin azalması, fiziki aktivliyin aşağı olması, açıq havada, təbiətdə keçirilən vaxtın az olması, radiasiyaya məruz qalma və genetik faktor kimi bir çox səbəbləri göstərmək olar.

4. Ən çox rast gəldiyiniz problemlər hansılardır?

  • Təəssüf ki, artıq hər ailədə endokrinoloji xəstəliyi olan şəxs var. Ən çox qarşılaşdığımız hallar artıq çəki, yüksək arterial təzyiq, şəkərli diabet, xolesterin yüksəkliyi, zob, sonsuzluq kimi önəmli sağlıq problemləridir.

5. Hansı əlamətlərdə mütləq endokrinoloqa müraciət etmək lazımdır?

  • Endokrinoloji əlamətlər barədə saatlarla danışmaq olar. Qısaca desək, halsızlıq, susuzluq, ürəkdöyünmə, boğulma, yüksək arterial təzyiq, boyunun ön tərəfində şişkinlik, piylənmə, sonsuzluq, ödemlər, saç tökülməsi, qadınlarda menstruasiya pozulması, tüklənmə artışı,kişilərdə süd vəzi böyüməsi və s. əlamətlər hormonal qaynaqlı ola bilər.

6. Sosial mediada tibbi mövzularda paylaşımlar etməyinizin məqsədi nədir?

  • Düşünürəm ki, insanlar endokrinologiya sahəsində kifayət qədər məlumatlı deyil və onlar müəyyən simptomların hormonal mənşəli olduğunu bilmirlər. Məsələn, qarın nahiyəsində piylənmə o qədər yayılıb ki, artıq insanlar bunun norma olduğunu düşünür. Halbuki ürəyin, qaraciyərin və ya digər orqanların böyüməsi necə ciddi xəstəlikdirsə, piy toxumasının böyüməsi də xəstəlikdir və ağır fəsadların ola biləcəyindən xəbər verir. Bu sadəcə görünüş problemi deyil. Bizim vəzifəmiz də insanları belə mövzularda bilgiləndirməkdir.

7. Sizcə, həkimlər sosial mediada aktiv olmalıdırlarmı?

  • Əlbəttə, aktiv olmalıdırlar. Çünki insanlar televiziya və radiodan daha çox sosial şəbəkələrdə məlumat əldə edirlər. Təəssüf ki, bu vasitə ilə heç bir tibbi təhsili olmayan şəxslərin verdiyi tibbi məsləhətlər də həddən artıq etimad görür və bu da insanların sağlamlığının təhlükəyə atılması deməkdir. Buna misal olaraq təhlükəsizliyi sübut olunmamış arıqlama vasitələri, şəkərsalıcı bitkilər, hər kəsə uyğun olmayan qidalanma və idman qaydaları, dəriyə, saça qulluq vasitələrini göstərə bilərik. Həkimlər meydanı boş qoymamalıdır.

8. Pasiyentlərinizə vermək istədiyiniz əsas mesaj nədir?

  • Sağlamlıq ən dəyərli sərvətimizdir və ona hər zaman qayğı göstərilməlidir. Müayinəni gecikdirmək sadəcə problemin böyüməsinə səbəb olur. Sağlığınızı vaxtında, eyni zamanda peşəkarlara əmanət edin.
Əvvəlki yazı

Azərbaycanda polkovnik vəfat etdi

Növbəti yazı

Minimum əməkhaqqı ilə bağlı YENİ QƏRAR

Bənzər Xəbərlər

Ölkədə yeni QAYDA - Minlərlə manat cərimə GƏLİR
Sosial

Ölkədə yeni QAYDA - Minlərlə manat cərimə GƏLİR

22.May.26 /14:51
Ali Məhkəməyə yeni təyinatlar - Adlar açıqlanıb
Sosial

Ali Məhkəməyə yeni təyinatlar - Adlar açıqlanıb

22.May.26 /14:50
Putin müharibəni bitirmək üçün yeganə şərtini AÇIQLADI
Dünya

Putin müharibəni bitirmək üçün yeganə şərtini AÇIQLADI

22.May.26 /13:42
Dəyanət Şıxəliyev qəfil vəfat etdi - 12 il öncə bunu etmişdi
Sosial

Dəyanət Şıxəliyev qəfil vəfat etdi - 12 il öncə bunu etmişdi

22.May.26 /13:39
Bu məhkəmələrə yeni hakimlər təyin ediləcək
Sosial

Bu məhkəmələrə yeni hakimlər təyin ediləcək

22.May.26 /13:13
Bu pullar etibarsız sayılır - MƏRKƏZİ BANKDAN XƏBƏRDARLIQ
Sosial

Bu pullar etibarsız sayılır - MƏRKƏZİ BANKDAN XƏBƏRDARLIQ

22.May.26 /13:11
Bakıda vəzifəli şəxs idman zalında ÖLDÜ- FOTO
Sosial

Bakıda vəzifəli şəxs idman zalında ÖLDÜ- FOTO

22.May.26 /13:09
Sabiq deputat Türkiyədə vəfat etdi
Sosial

Sabiq deputat Türkiyədə vəfat etdi

22.May.26 /13:07
DTX tərəfindən saxlanılan sabiq icra başçısı barəsində YENİ QƏRAR
Sosial

DTX tərəfindən saxlanılan sabiq icra başçısı barəsində YENİ QƏRAR

22.May.26 /13:05

XƏBƏR LENTİ

Ölkədə yeni QAYDA - Minlərlə manat cərimə GƏLİR

Ölkədə yeni QAYDA - Minlərlə manat cərimə GƏLİR

22 May, 26 / 14:51
Ali Məhkəməyə yeni təyinatlar - Adlar açıqlanıb

Ali Məhkəməyə yeni təyinatlar - Adlar açıqlanıb

22 May, 26 / 14:50
Putin müharibəni bitirmək üçün yeganə şərtini AÇIQLADI

Putin müharibəni bitirmək üçün yeganə şərtini AÇIQLADI

22 May, 26 / 13:42
Dəyanət Şıxəliyev qəfil vəfat etdi - 12 il öncə bunu etmişdi

Dəyanət Şıxəliyev qəfil vəfat etdi - 12 il öncə bunu etmişdi

22 May, 26 / 13:39
Bu məhkəmələrə yeni hakimlər təyin ediləcək

Bu məhkəmələrə yeni hakimlər təyin ediləcək

22 May, 26 / 13:13
Bu pullar etibarsız sayılır - MƏRKƏZİ BANKDAN XƏBƏRDARLIQ

Bu pullar etibarsız sayılır - MƏRKƏZİ BANKDAN XƏBƏRDARLIQ

22 May, 26 / 13:11
Bakıda vəzifəli şəxs idman zalında ÖLDÜ- FOTO

Bakıda vəzifəli şəxs idman zalında ÖLDÜ- FOTO

22 May, 26 / 13:09
Sabiq deputat Türkiyədə vəfat etdi

Sabiq deputat Türkiyədə vəfat etdi

22 May, 26 / 13:07
DTX tərəfindən saxlanılan sabiq icra başçısı barəsində YENİ QƏRAR

DTX tərəfindən saxlanılan sabiq icra başçısı barəsində YENİ QƏRAR

22 May, 26 / 13:05
Bu hakim vəzifəsindən azad olunur

Bu hakim vəzifəsindən azad olunur

22 May, 26 / 13:03
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:1009271752
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.