CANLI
Sosial

Taksilərdə gedişhaqqı bahalaşdı – RƏSMİ

Bu gündən “Bolt” taksi şirkətinin gedişhaqqını 10 faiz bahalaşdırdığı bildirilir. Bu barədə “Bolt” taksi şirkətinin sürücüləri məlumat veriblər. Bildiriblər ki, iki gündür şirkətdən onlara gedişhaqqında 10 faiz artımın olacağı barədə bildiriş xarakterli sms gəlib. Məlumata görə, bu gündən isə qiymət artımı tətbiq edilib.

Məsələ ilə bağlı “Bolt”dan News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, platforma üzərindən göstərilən taksi xidmətlərində gedişhaqqı bir sıra amillər əsasında formalaşır:

“Bu amillərə yol hərəkətinin sıxlığı, sifarişə olan tələbat və mövcud avtomobillərin sayı, marşrutun məsafəsi, yanacaq xərclərinin artması, eləcə də tənzimləyici mühitdə baş verən dəyişikliklər daxildir. Hazırda tətbiq olunan qiymət yenilənməsi ümumilikdə 10 faizə qədər təşkil edir və regiondan asılı olaraq 5–10 faiz arasında dəyişə bilər”.

“Bu dəyişikliklər bütün şəhərlərə şamil edilmir və yalnız müvafiq şəhərlərdə fəaliyyət göstərən sürücülər bu barədə tətbiq daxilində bildirişlər alıblar. Qiymət dəyişiklikləri mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilir”, – deyə məlumatda bildirilib.

taraftarium24selcuksportstaraftarium24canlı maç izleselcuksportstaraftarium24canlı maç izletaraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24taraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24selcuksportscanlı maçtaraftarium24canlı maç izlecanlı maçtaraftarium24canlı maç izlecanlı maçcanlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izletaraftarium24taraftarium24taraftarium24taraftarium24taraftarium24taraftarium24canlı maç izle