Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya hədəflərinə yeni zərbələr endiriləcəyini açıqlayıb.
Medialive.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Zelenskinin sözlərinə görə, Perm bölgəsindəki neft emalı zavoduna, eləcə də Rostov bölgəsindəki ixrac terminalına və hərbi obyektə zərbələr endiriləcək.
“Dəqiqliklərinə görə əsgərlərimizə və bu cür uzunmüddətli nəticələri təmin edən hər kəsə təşəkkür edirəm. Rusiya bu müharibənin hər gününün getdikcə daha baha başa gələcəyini başa düşməlidir. Biz Rusiyanı zəiflətməli və bu müharibəni dayandırmaq üçün təzyiqi davam etdirməliyik”, – deyə o bildirib.
Qeyd edək ki, Ukrayna bu gün 360 kilometr aralıda yerləşən Ryazanda Rusiyaya məxsus neft emalı zavoduna və logistika mərkəzinə zərbələr endirilib. Bundan əlavə, Ukrayna qüvvələri Krımda Rusiya Qara dəniz donanmasının motorlu gəmilərinin bazasına da havadan zərbələr endirib.
