“Venesuela xalqının gələcəyini ABŞ deyil, özləri müəyyən etməlidir”.
Medialive xəbər verir ki, bu sözləri BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk deyib.
Onun sözlərinə görə, ABŞ-nin Venesueladakı hərbi əməliyyatı beynəlxalq hüququn fundamental prinsiplərindən birini sarsıdır, bu prinsipə əsasən, dövlətlər ərazi iddialarına və ya siyasi tələblərinə nail olmaq üçün güc tətbiq etməməlidirlər.
Xatırladaq ki, yanvarın 3-də ABŞ-nin xüsusi təyinatlı dəstələri Maduro və həyat yoldaşını saxlayaraq ABŞ-yə gətiriblər. O, ötən gün Nyu-York məhkəməsinə çıxarılıb.
