Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların tətbiqi mexanizmini yenidən nəzərdən keçirə bilər.
Medialive.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
Məlumata görə, buna səbəb Yunanıstanın gəmiçilik şirkətinə güzəştlər təmin edərək son tədbirlər paketinin qəbulunu bir neçə həftə təxirə salması olub.
Qeyd edilib ki, rəsmi Afina digər birlik ölkələri üçün güzəşt verməyə razılaşana qədər yeni sanksiyalar paketini dəstəkləməkdən imtina edib.
Yunanıstan şirkətin gəmilərinin Rusiya mayeləşdirilmiş təbii qazını blok xaricindəki ölkələrə nəql etməyə davam etməsini təmin etməyə çalışıb.
Nəşr qeyd edib ki, bu, AB-nin Rusiyaya qarşı ümumi iqtisadi sanksiyalar sisteminin ilk dəfə zəiflədildiyi haldır. Eyni zamanda, mövcud strategiya paytaxtlara bir çox AB üzv dövlətinin sanksiya qərarlarının iqtisadi nəticələri ilə üzləşəcəyini görməyə imkan verib.
