CANLI
Dünya

"Əgər razılaşma əldə olunmazsa..." - Trampdan İrana ultimatum

“İran və ABŞ arasında aparılan danışıqlar uğursuz olarsa, Vaşinqtonun sərt hücuma keçəcəyi gözlənilir”.

Medialive.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp İsrailin Kanal 12 telekanalına açıqlamasında deyib.

Tramp bildirib ki, ABŞ danışıqlara daha bir şans vermək üçün İrana hücumlarını dayandırmaq qərarına gəlib.

Vasitəçi ölkələr vasitəsilə İranla aparılan danışıqlara toxunan Tramp deyib: “Biz İranla çox dərin müzakirələr aparırıq. Əgər bu işə yaramasa, çox güclü hərbi əməliyyatlara qayıdacağıq”.

Qeyd edək ki, Tehran administrasiyası İran və Oman arasında Hörmüz boğazından gəmilərin hərəkətinin tənzimlənməsi mexanizmi ilə bağlı danışıqlarda irəliləyiş əldə edildiyini, lakin hələlik heç bir razılaşma olmadığını açıqlayıb.