Sumqayıt şəhərində yerləşən 1 saylı ASAN xidmət mərkəzində vətəndaşa qarşı dələduzluq edildiyi bildirilir.
Bu barədə Medialive.az-a zərərçəkən, mediator Türkər Əliyeva müraciət edib.
O iddia edib ki, 04.07.2026-cı il tarixində özünün iştirakı və xəbəri olmadan mərkəzdə adınnan sənədlər yazılıb və imza atılıb.
Şikayətçi bildirir ki, qanunsuz əməl mərkəzdəki daşınmaz əmlakın qeydiyyat şöbəsinin Bünyamin adlı əməkdaşı tərəfindən törədilib.
Daha sonra sözügedən vəziyyətlə əlaqədar mediator 1 saylı ASAN xidmət mərkəzinə gedib və bu əməlin necə və hansı əsasla törədildiyini öyrənib.
Mediatorun dediklərinə görə, həmin vaxt Bünyamin adlı mərkəzin işçisi törətdiyi qanunsuz hərəkəti boynuna alıb və bunun müqabilində 15 min manat pul vəsaiti aldığını deyib.
Məsələ ilə bağlı ASAN xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev Medialive.az-a açıqlamasında adıçəkilən şəxsin ASAN xidmət mərkəzlərində çalışmadığını və səsləndirilən iddiaların həqiqətə uyğun olmadığını bildirib.
