CANLI
Dünya

İran mətbuatından Azərbaycan qarşı növbəti təxribat

Bakıda keçirilən U-17 dünya çempionatında kuryoz hadisə yaşanıb. İranı təmsil edən yeniyetmə güləşçi Armin Amin Esmaeili Azərbaycan idmançısı Əli Cavadlı (45 kq) ilə yarımfinal görüşünə çıxmayıb. Buna səbəb onun yarışa gecikməsi olub.

İran mətbuatı bunu yarış üçün təşkil olunan avtobusun gecikməsi ilə əlaqələndirib.

Medialive.az xəbər verir ki, İran mətbuatının bu iddiası tamamilə əsassızdır.

Məsələ burasındadır ki, yarışda iştirak edən idmançılar Atletlər Kəndində məskunlaşıb. Turnirdə iştirak edən güləşçilər məsafə yaxın olduğundan Milli Gimnastika Arenasına piyada gedir. Yəni, məsafə yaxın olduğundan avtobus nəzərdə tutulmayıb.

Ən maraqlısı odur ki, 10 yarımfinalçıdan yeganə gecikən iranlı güləşçi olub. Əgər İran mətbuatının iddia etdiyi kimi, ümumiyyətlə nəzərdə tutulmayan avtobusla bağlı hər hansı problem olardısa, bu çətinliklə digər idmançılar da üzləşmiş olardı.

Görünən odur ki, İran mətbuatı öz ölkəsinin idmançısının məsuliyyətsizliyinə bu cür don geyindirməyə çalışıb.

Qeyd edək ki, güləşçilərdən biri xalçaya çıxmayanda 3 dəfə anons verilir, vaxt açılır. 3-cü anonsdan sonra xalçaya çıxmayan həmin idmançıya məğlubiyyət verilir.(Xitab24.az)