Qəzzada 10 oktyabrdan bəri bölgəyə yalnız 980 humanitar yardım maşını daxil olub.
Medialive xarici mediaya istinadən xəbər verir ki, bunu Qəzza Hökumətinin Media Ofisi açıqlayıb.
Belə ki, yardım karvanına qaz balonları daşıyan 14 yük maşını və sobalar, generatorlar, xəstəxanalar və digər kritik sektorlar üçün dizel yanacağı ilə yüklənmiş 28 yük maşını daxil olub və əhali gündəlik həyat üçün lazım olan əsas ləvazimatların ciddi çatışmazlığı ilə üzləşib.
Əlavə edilib ki, İsrail Qəzzada 2,4 milyondan çox insana aclıq tətbiq etməkdə davam edir.
Xatırladaq ki, oktyabrın 10-da qüvvəyə minən İsrail-Həmas atəşkəs razılaşmasının birinci mərhələsinə İsrail qoşunlarının qismən çıxarılması, əsirlərin dəyişdirilməsi və Qəzzaya yardım axınının artırılması daxil edilib.
