Argentinanın San Xuan şəhərində vertolyotun qəzaya uğraması nəticəsində yüksək vəzifəli şəxslərin də daxil olduğu yeddi nəfər həlak olub.
Medialive.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı San Juan qubernatoru Marselo Orreqo sosial media hesabında paylaşaraq ölənlərin yaxınlarına başsağlığı verib.
Qəzada həyatını itirən yeddi nəfər arasında dövlət bürokratiyasının mühüm şəxslərinin olduğu bildirilir.
Vertolyotun qəzasının səbəbini müəyyən etmək üçün ərazidə araşdırma başlanılıb.
