Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, yeni çağırış parlamentin formalaşması ilə əlaqədar Nazirlər Kabineti bazar günü səlahiyyətlərini təhvil verərək istefa verəcək.
Medialive.az xəbər verir ki, Nikol Paşinyan bu barədə hökumətin iclasında çıxışı zamanı danışıb.
Baş nazir qeyd edib ki, bugünkü iclas hökumətin hazırkı tərkibdə keçirilən son planlı iclasıdır.
“Milli Assambleyanın formalaşması ilə əlaqədar bazar günü hökumət istefa verəcək. Bundan sonra Ermənistan prezidenti parlament çoxluğunun irəli sürdüyü namizədi baş nazir təyin edəcək. Beləliklə, biz hazırkı tərkibdə sonuncu dəfə toplaşırıq”, – deyə Paşinyan bildirib.
O, həmçinin hökumət üzvlərinə birgə fəaliyyətə görə təşəkkür edib.
