CANLI
Dünya

Gənc qadın immiqrantları İspaniyaya girməyə belə təşviq etdi 

İspaniyanın Seuta şəhərində sahilə gələn immiqrantlara əl sallayan qadın mübahisələrə səbəb olub.

Medialive.az İspaniya mətbuatına istinadən xəbər verir ki, sosial şəbəkələrdə geniş şəkildə yayılan görüntüdə qadının miqrantları ölkəyə girməyə təşviq etdiyi görünür.

Bu da miqrasiya böhranı ilə bağlı müzakirələri yenidən qızışdırıb.

Qadının niyyəti ilə heç bir rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Şimali Afrikada İspaniya ərazisi olan Seutada son zamanlar baş verən qeyri-qanuni miqrasiya fəaliyyətinin artması yeni görüntülərlə yenidən ortaya çıxıb.