CANLI
Dünya

Lavrov: Hiss edirik ki, Rusiya ilə aviasiya sahəsində əməkdaşlıq ABŞ-nin prioriteti deyil

ABŞ iki ölkə arasında aviasiya sahəsində potensial əməkdaşlığı prioritet hesab etmir.

Medialive xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Kommersant”ın müxbirinin sualına cavab olaraq bildirib.

Bununla belə, nazir vurğulayıb ki, Rusiya bu sahədə ABŞ ilə əlaqə saxlamaqda maraqlıdır.

Qeyd edək ki, Rusiya ilə ABŞ arasında birbaşa hava əlaqəsi 2022-ci ildə dayandırılıb. Elə həmin il Aeroflot ABŞ sanksiyalarına məruz qalıb.