Amerikalı məşhur aktyor Mark Ruffalo Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş prokuroru Kərim Xanın vəzifəsindən azad edilməsini alqışlayan İsrailin Baş naziri Benyamin Netanyahunu tənqid edib.
Medialive.az xəbər verir ki, bu barədə məşhur aktyor X-də paylaşım edib.
“Ədalətdən qaça bilməzsən. Tarixə də təsir edə bilməzsən. Sən manyak qatilsən”- deyə paylaşımda qeyd edilib.
Ruffalo Xanın vəzifədən uzaqlaşdırılmasını İsrailin Qəzzada apardığı siyasətlə əlaqələndirib.
Xatırladaq ki, iyulun 24-də keçirilən gizli səsvermədə Beynəlxalq Cinayət Məhkəməsinin (BCC) üzvü olan Dövlətlərin Assambleyası (ASP) mütləq səs çoxluğu ilə Baş Prokuror Kərim Xanın vəzifə səlahiyyətlərini pozmaqda təqsirli bilindiyini və Roma Statutunun 46-cı maddəsinə uyğun olaraq vəzifəsindən uzaqlaşdırıldığını elan edib.
Kərim Xan 2021-ci ilin fevral ayından Beynəlxalq Cinayət Məhkəməsinin Baş Prokuroru kimi fəaliyyət göstərib.
