CANLI
Hadisə

Minik avtomobili avtobusla toqquşdu – Ölən və yaralanan var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Medialive.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik maşını “BakuBus” MMC-yə məxsus sərnişin avtobusuna çırpılıb.

Nəticədə minik maşınında olan bir nəfər hadisə yerində ölüb, iki nəfər isə xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.