CANLI
Dünya

Tanzaniyaya yeni baş nazir təyin olundu

Tanzaniya Prezidenti Samiya Suluhu Həsən Mviqula Nçembanı yeni baş nazir təyin edib.

Medialive bu barədə Reuters-ə istinadən xəbər verir.

Onun sözlərinə görə, prezident bu qərarı oktyabrın 29-da keçirilən ümumi seçkilərin yekunlarına görə seçilmiş yeni parlamentin iclası zamanı elan edib.

Nçemba əvvəllər maliyyə naziri vəzifəsində çalışıb.