CANLI
Dünya

Tramp: ABŞ Sudanda sülhün nizamlanması üzərində işləyəcək

Republican presidential nominee former President Donald Trump speaks at a faith town hall with Georgia Lt. Gov. Burt Jones at Christ Chapel Zebulon, Wednesday, Oct. 23, 2024, in Zebulon, Ga. (AP Photo/Alex Brandon)

“Vaşinqton Səudiyyə Ərəbistanının vəliəhdi və baş nazir Məhəmməd bin Salman Əl Səudun tələbi ilə Sudandakı münaqişəyə son qoymaq üçün səyləri gücləndirmək niyyətindədir”.

Medialive xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp danışıb.

“Əlahəzrət Sudandakı vəziyyətlə bağlı sərt addım atmağımı istərdi. Şəxsən mənim niyyətim bu işə qarışmaq deyildi, mən bunun nəzarətdən çıxmış bir növ dəlilik olduğunu düşündüm. Amma bunun sizin üçün nə qədər vacib olduğunu görürəm, ona görə də biz Sudanla məşğul olacağıq”, – Tramp vəliəhd şahzadəyə müraciət edərək deyib.

Tramp əlavə edib ki, Məhəmməd bin Salman Əl Səud şəxsən ona Sudanda baş verənlərin mahiyyətini hərtərəfli izah edib.

O qeyd edib ki, bu söhbət ona həmin ölkədə baş verən hadisələrin miqyasını anlamağa imkan verib. O, həmçinin qeyd edib ki, ABŞ Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və digər Yaxın Şərq ölkələri ilə əməkdaşlıq edərək Sudandakı münaqişəyə son qoymağa çalışacaq.