CANLI
Dünya

Türkiyənin tarixi anlaşması dünya mətbuatında 

Türkiyənin Kərkükdəki neft hasilatı yataqlarında pay alması beynəlxalq mediada böyük diqqət çəkib.

Medialive.az xəbər verir ki, dünya mətbuatı Türkiyənin Kərkükə qayıtmasını dəstəkləyərək Prezident Rəcəb Tayyib Ərdoğanın və Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktarın açıqlamalarına geniş yer verib.

Britaniyanın Reuters xəbər agentliyinin verdiyi məlumata görə, müqavilədə “Türkiyənin dövlət neft və qaz şirkəti TPAO-nun BP tərəfindən istifadə edilən Kərkük neft yatağında fəaliyyət göstərəcəyi” qeyd olunub.

ABŞ-nin Associated Press (AP) xəbər agentliyi hadisəni Ərdoğanın Türkiyənin gündə 1 milyon barel neft hasil etmək hədəfindən bəhs edən açıqlaması ilə yayıb.

Fransanın AFP xəbər agentliyi isə yaydığı informasiyada Türkiyənin Kərkük yataqlarındakı əməliyyatlara qayıtmasını vurğulayıb və nazir Bayraktarın açıqlamalarına geniş yer veibi.