ABŞ administrasiyası və Kiyev rəsmiləri Ukrayna məsələsinin mümkün həlli üçün razılığa gəliblər.
Medialive xəbər verir ki, bu barədə Axios portalı iddia xarakterli məlumat yayıb.
“Trampın planının bütün aspektləri üzrə Ukrayna ilə razılığa gəldikdən sonra Ağ Ev Rusiya rəhbərliyinin bu təklifinə aydın cavab istəyir”, – deyə nəşr qeyd edib.
Qeyd edək ki, portal daha əvvəl Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Kirill Dmitriyevin Ukrayna və Avropa ölkələrinin nümayəndələri ilə danışıqlardan sonra Parisdə amerikalı rəsmilər Stiven Vitkoff və Cared Kuşnerlə görüşdüyü barədə məlumat yayıb.
