CANLI
Dünya

Çin dünyanın ən böyük konteyner gəmisini tikəcək – 2035-ci ildə…

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 91

Çinin dövlət gəmiqayırma şirkəti olan Jiangnan Shipyard 2035-ci ildə dünyanın ən böyük konteyner gəmisinin tikintisinə başlayacaq.

Medialive xəbər verir ki, bu barədə şirkətin vitse-prezidenti Lin Qinqşan məlumat yayıb.

O bildirib ki, artıq belə bir gəminin dizaynı aparılıb və tikinti 10 il ərzində başlaya bilər.

Lin Qinqşanın sözlərinə görə, Jiangnan gəmiqayırma zavodunun layihələndirdiyi gəmilər 200 meqavatlıq torium reaktoru ilə təchiz olunacaq. O, aydınlaşdırıb ki, bu, 40 illik istismar müddəti olan altı beynəlxalq səviyyədə tanınmış dördüncü nəsil reaktor dizaynından biridir.