• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

"Qiymət artımının əsas səbəbi inflyasiyadır" - Vüqar Oruc

07 Yanvar, 26 / 12:35
A A
"Qiymət artımının əsas səbəbi inflyasiyadır" - Vüqar Oruc

“Yeni ildən bir çox məhsullar, xidmətlər, həm qeyri-ərzaq, həm də ərzaq məhsulları qiymət artımına məruz qalacaq. Çünki həm yanacağın artması, həm ildən-ilə yenilənən və artan inflyasiya istər-istəməz qiymət artımına səbəb olur. Xidmətlərin, eyni zamanda istehsal olunan məhsulların qiymətində artım ilk növbədə ona görə meydana gəlir ki, məhsulların, o cümlədən xidmətlərin maya dəyəri artır”.

Bu fikirləri Medialive.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri (AQC), iqtisadçı ekspert Vüqar Oruc deyib.

O bildirib ki, işçi qüvvəsinin əməkhaqları artdığı halda, məhsulun özünün də maya dəyəri bahalaşır:

“Maya dəyərə daxil olanlar məhsulun özüdür, yəni hər hansı bir məhsul, ona çəkilən xərclər bu cür xarakterizə oluna bilər. İşçi qüvvəsi. İşçi qüvvəsinin əməkhaqlarında artım olduğu zaman məhsulun özünün maya dəyəri bahalaşır. Bundan əlavə, logistik daşıma xərcləri. Daşıma xərcləri yanacağın qiyməti artırıldıqda yüksəlmiş olur. Digər tərəfdən məhsullarımızın bir çoxu daxili potensial hesabına, digər hissəsi isə xaricdən gətirilərək istehsal olunur. Tərkib hissələri xaricdən gələndə artıq yeni qiymətə ölkəmizə daxil olur. Bu baxımdan da məhsulun maya dəyəri artır.

Daxildə də təbii ki, işçi qüvvəsi istehsal xərcləri və yanacaq sərf olunan xərclər yüksəldiyinə görə son nəticədə məhsulun maya dəyəri, sonra isə onun bazara təklif qiymətləri də artmış olur. Bu cür zəncirvari reaksiya qiymət artımına səbəb olur. Digər bir tərəfdən əməkhaqları artdıqca, bu ildə bildiyiniz kimi, 9-12% indeksdən həm əməkhaqqı, həm də sosial müavinətlər və pensiyalar artırılacaq. Avtomatik olaraq, inflyasiya da müvafiq olaraq dəyişir və artır. Əməkhaqlarının artımından sonra hökumət inflyasiya təzyiqi ilə üzləşdikdə müəyyən tədbirlər görür ki, inflyasiya təzyiqini azaltsınlar və əldə olan əməkhaqqı artımı əhalinin mövcud problemlərinin, istehlak xərclərinin həllinə yönəlsin”.

İqtisadçı qeyd edib ki, hökumət bu il vətəndaşların sosial problemlərinin həllinə 17 milyard pul ayırıb:

“Bildiyimiz kimi, Azərbaycan hökuməti 2026-cı ilin büdcəsində 17,1 milyard manat – bu, büdcənin 40%-dən daha artıq vəsait deməkdir, sosial problemlərin həllinə və cəmiyyətin vətəndaşlarının maddi dəstəyinə yönəldib. Bu da onu göstərir ki, dövri olaraq mövcud iqtisadi durumun pisləşməsi nəticəsində yaranacaq problemlərin aradan qaldırılması üçün əhaliyə, vətəndaşlara müxtəlif kateqoriyalar üzrə dəstək planları həyata keçiriləcək.

Ekspert sonda pensiya və müavinətlərin artımı barədə də danışıb:

“Bizim fikrimizcə, əgər orta əməkhaqqı 1170 manat civarındadırsa, onun yarısı qədər mimimum əməkhaqqı müəyyənləşməlidir. Təbii ki, bu, həm özəl müəssisələrin öz işçilərinə daha az əməkhaqqı verməsinin qarşısını alır, eyni zamanda verilən əməkhaqların ağarmasına, şəffaflaşmasına gətirib çıxardır. Çünki adətən özəl müəssisələrdə əməkhaqlarının bir qismi rəsmi, digəri isə qeyri-rəsmi şəkildə ödənilir ki, bu da vergidən yayınma hallarını təşkil edir. Belə halların qarşısı alınsın deyə düşünürəm ki, minimum əməkhaqqının məbləği yüksəlməlidir və dövlətin büdcəsi bu istiqamətdə vergi ilə təmin olunmalıdır. Bir sözlə, maliyyə-mühasibatlıq sistemləri şəffaflaşdırılmalıdır ki, bu problemlər aradan qalxsın”.

Mikayıl Mirzəzadə

Əvvəlki yazı

“Azərlotereya”da yeni təyinat

Növbəti yazı

Azərbaycanda həkim məhkəmə zalında həbs edildi

Bənzər Xəbərlər

İlham Əliyev Fərman İMZALADI
İlham Əliyev

İlham Əliyev Fərman İMZALADI

13.May.26 /17:19
Hər gün istifadə edirik: Ürəyə ziyan imiş
Sosial

Hər gün istifadə edirik: Ürəyə ziyan imiş

13.May.26 /16:36
Hikmət Hacıyevdən WUF13-ə hazırlıqla bağlı PAYLAŞIM
Sosial

Hikmət Hacıyevdən WUF13-ə hazırlıqla bağlı PAYLAŞIM

12.May.26 /20:39
Prezident WUF13 ilə bağlı videoçarx paylaşdı
İlham Əliyev

Prezident WUF13 ilə bağlı videoçarx paylaşdı

12.May.26 /20:36
Vado Karovinin kürəkəni ilə bağlı QƏRAR VERİLDİ
Sosial

Vado Karovinin kürəkəni ilə bağlı QƏRAR VERİLDİ

12.May.26 /20:26
İtkin düşmüş Rəhim Mustafayevin meyiti tapıldı
Hadisə

İtkin düşmüş Rəhim Mustafayevin meyiti tapıldı

12.May.26 /20:25
Sürücülərə XƏBƏRDARLIQ: Sabah alternativ yollardan istifadə edin
Sosial

Sürücülərə XƏBƏRDARLIQ: Sabah alternativ yollardan istifadə edin

12.May.26 /20:08
Bu ərazilər qazsız qalacaq
Sosial

Bu ərazilər qazsız qalacaq

12.May.26 /19:55
İyunda 10 gün İŞ OLMAYACAQ
Sosial

İyunda 10 gün İŞ OLMAYACAQ

12.May.26 /19:52

XƏBƏR LENTİ

İlham Əliyev Fərman İMZALADI

İlham Əliyev Fərman İMZALADI

13 May, 26 / 17:19
Hər gün istifadə edirik: Ürəyə ziyan imiş

Hər gün istifadə edirik: Ürəyə ziyan imiş

13 May, 26 / 16:36
Hikmət Hacıyevdən WUF13-ə hazırlıqla bağlı PAYLAŞIM

Hikmət Hacıyevdən WUF13-ə hazırlıqla bağlı PAYLAŞIM

12 May, 26 / 20:39
Prezident WUF13 ilə bağlı videoçarx paylaşdı

Prezident WUF13 ilə bağlı videoçarx paylaşdı

12 May, 26 / 20:36
Vado Karovinin kürəkəni ilə bağlı QƏRAR VERİLDİ

Vado Karovinin kürəkəni ilə bağlı QƏRAR VERİLDİ

12 May, 26 / 20:26
İtkin düşmüş Rəhim Mustafayevin meyiti tapıldı

İtkin düşmüş Rəhim Mustafayevin meyiti tapıldı

12 May, 26 / 20:25
Sürücülərə XƏBƏRDARLIQ: Sabah alternativ yollardan istifadə edin

Sürücülərə XƏBƏRDARLIQ: Sabah alternativ yollardan istifadə edin

12 May, 26 / 20:08
Bu ərazilər qazsız qalacaq

Bu ərazilər qazsız qalacaq

12 May, 26 / 19:55
İyunda 10 gün İŞ OLMAYACAQ

İyunda 10 gün İŞ OLMAYACAQ

12 May, 26 / 19:52
Şahbaz Şərif İlham Əliyevi Pakistana səfərə dəvət edib

Şahbaz Şərif İlham Əliyevi Pakistana səfərə dəvət edib

12 May, 26 / 19:30
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:1009271752
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.