CANLI
Dünya

Rubio növbəti seçkilərdə vitse-prezident postuna namizəd ola bilər

ABŞ dövlət katibi Marko Rubio 2028-ci il seçkilərində Respublikaçılar Partiyasının vitse-prezidentliyə namizədi ola bilər.

Medialive xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasındakı mənbə Politico-ya bildirib.

Onun sözlərinə görə, hazırkı vitse-prezident Vens prezidentliyə namizədliyi qazanarsa, Rubio vitse-prezidentliyə namizəd ola bilər.

ABŞ administrasiyasına görə, Rubio Vensi 2028-ci il seçkilərində ABŞ-nin hazırkı lideri Trampın ən çox ehtimal olunan varisi hesab edir və onun mümkün namizədliyini dəstəkləyir.