CANLI
Dünya

Yeni sülh planı barədə Rusiya-Amerika görüşü bu həftə keçirilməyəcək

Kreml sözçüsü Dmitri Peskov Vaşinqtonun Ukraynaya dair təklif etdiyi sülh planı üzrə Rusiya-Amerika danışıqlarının bu həftə keçirilməyəcəyini açıqlayıb.

Medialive xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” məlumat yayıb.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukrayna rəhbərliyinə Kiyevin münaqişənin həlli ilə bağlı ABŞ-nin sülh planını rədd etməsinin nəticələri barədə xəbərdarlıq edib.

ABŞ dövlət katibi Marko Rubio Ukrayna tərəfi ilə danışıqların raundundan sonra mətbuat konfransında bir sıra açıqlamalar verib.