CANLI
Sosial

Polis nəqliyyat vasitəsi qaçırıb qəza törədən şəxsi saxladı

Noyabrın 17-də səhər saatlarında paytaxtın Qaradağ rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “BYD” markalı avtomobil qaçırılıb.

Medialive.az xəbər verir ki, həmin şəxs qaçırdığı avtomobillə yol-nəqliyyat hadisəsi törədib və avtomobili orada qoyaraq hadisə yerindən qaçıb.

Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin məntəqədə işləyən 29 yaşlı S.Kərimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.